Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) iyun ayı üzrə cari satış məlumatlarını dərc edib.
Paylaşılan məlumatlara görə, Avropa Birliyində elektrikli avtomobillər aylıq satış həcminə görə tarixdə ilk dəfə daxili yanma mühərrikli dizel avtomobillərini geridə qoyub.
İyun ayında Avropa İttifaqında satılan avtomobillərin ümumi sayının 13,4%-i (140 min) dizel avtomobilləri, 15,1%-i (158 min) elektrik avtomobilləri, 25%-i hibrid avtomobillər və 36,3%-i benzinlə işləyən avtomobillərdir.
Açıqlanan məlumatlara görə, dövrün ən populyar modeli “Tesla Model Y” olub. Həmçinin lider avtomobillər siyahısında “Dacia Sandero”, “Volkswagen T-Roc” “Opel Corsa”, “Peugeot 208”, “Renault Clio”, “Toyota Yaris Cross”, “Volkswagen Tiguan”, “Volkswagen Golf” və “Dacia Duster” var.
Elektrikli avtomobillər ilk dəfə dizeli ötərək, yeni avtomobil alıcıları arasında üçüncü ən populyar seçim kimi yer alıb.
QAZİLER.AZ