İspaniyada həftənin əvvəlindən başlayan həddindən artıq isti havalar bir nəfərinə ölümünə səbəb olub.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə 42 yaşlı Mərakeş vətəndaşı bölgədə hökm sürən 40 dərəcədən yüksək temperatur nəticəsində dünyasını dəyişib.
Nazirlikdən verilən açıqlamada iyulun 18-də Mursiyanın La Majada rayonunda küçədə huşunu itirən şəxsin Kartagena şəhərində xəstəxanaya yerləşdirildikdən bir neçə saat sonra dünyasını dəyişdiyi bildirilib.
Mərakeş vətəndaşı olduğu təsbit edilən 42 yaşlı kişinin dünyasını dəyişməsi İspaniyada bu yay istidən qaynaqlanan ilk ölüm hadisəsi kimi qeydə alınıb.
QAZİLER.AZ