İngiltərədə hökumətin miqrantları saxlayacağı "Bibby Stockholm" gəmisi ölkənin cənubundakı Dorset şəhərinə çatıb. Miqrantlar gəminin içərisində, avtomobil dayanacağından daha kiçik ərazilərdə saxlanılacaq.
Qaziler.az bildirir ki, "Bibby Stockholm" miqrant barjı Dorsetə çatıb.
500 sığınacaq axtaran şəxsin yerləşdiyi gəmi Portlend Limanına çəkilərkən immiqrant tərəfdarı və əleyhdarı etirazçı qruplar limanın kənarında toplaşıb.
Sky News-da yer alan xəbərə görə, Baş nazir Sunakın qaçqınları yerləşdirəcəyini bildirdiyi daha iki gəmi bölgəyə gəlib, lakin yer tapa bilməyib.
Böyük Britaniya hökuməti keçmiş hərbi bazalar da daxil olmaqla, alternativ yaşayış yerlərindən istifadə etməklə, mehmanxana ödənişlərinin dəyərini azaltmağa çalışır.
Böyük Britaniyada hökumət qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün keçən ay Qanunsuz İmmiqrasiya Qanununu elan edib. Qanun layihəsi qəbul ediilərsə, ölkəyə daxil olan qeyri-qanuni miqrantlar sığınacaq üçün müraciət edə bilməyəcək və qısa müddət ərzində deportasiya olunacaqlar.
Deportasiya olunanlar təhlükəsizdirsə, öz ölkələrinə, əks halda təhlükəsiz hesab edilən üçüncü ölkələrə göndəriləcəklər.
İngiltərə hökuməti bu çərçivədə Ruanda ilə müqavilə imzalayıb.
QAZİLER.AZ