Bir həftədə 35 terrorçu zərərsizləşdirilib - Türkiyə Milli Müdafiə Nazirliyi

Bir həftədə 35 terrorçu zərərsizləşdirilib -  Türkiyə Milli Müdafiə Nazirliyi backend

Türkiyənin Milli Müdafiə Nazirliyi terror təşkilatının hərəkətliliyinin sona çatdığını açıqlayıb. Son bir həftədə ölkədaxili və sərhədyanı əməliyyatlarda 35, il ərzində isə 848 terrorçu zərərsizləşdirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazirlikdə keçirilən mətbuat konfransında Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri Dəniz Piyada polkovniki Zeki Aktürk bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla hər cür təhdid və təhlükəyə qarşı mübarizəsi davam edir.

Terror təşkilatına qarşı əməliyyatların əzmlə davam etdiyini vurğulayan Aktürk, "Terrorun mənbəyində məhv edilməsi strategiyası ilə son bir həftədə İraq və Suriyanın şimalı da daxil olmaqla 35 terrorçu zərərsizləşdirilib. Beləliklə, zərərsizləşdirilən terrorçuların sayı bu il 848-ə, 24 iyul 2015-ci ildən bu günə qədər isə 38 min 191-ə çatıb”, - deyə o, bildirib.

QAZİLER.AZ

Diaspora