“Normand dördlüyü“ bu gün növbəti danışıqlara başlayır

“Normand dördlüyü“ bu gün növbəti danışıqlara başlayır backend

"Normand dördlüyü" ölkələrinin liderləri - Rusiya, Ukrayna, Fransa prezidentləri Vladimir Putin, Petro Poroşenko, Fransua Olland və Almaniya Kansleri Angela Merkel arasında növbəti danışıqlar bu gün axşama planlaşdırılıb. Trend xəbər verir ki, bu barədə "Blumberq" agentliyi Fransa hökumətinin rəsmi nümayəndəsi Stefan Le Fola istinadən məlumat yayıb.

Fransa Nazirlər Kabinetinin iclasından sonra Le Fol jurnalistlərə deyib: "Bu gün axşam "normand formatı"nda yüksək səviyyədə telefon danışıqları keçiriləcək … Liderlər sazişin (Minsk sazişi - red.) dəstəklənməsi və yerinə yetirilməsindən ötrü səy göstərmək niyyətindədirlər".

Fevralın 12-də Rusiya, Ukrayna, Fransa və Almaniya liderlərinin iştirakı ilə “normand formatı”nda keçirilən görüşün nəticəsi olaraq Minsk sazişinin yerinə yetirilməsi üzrə kompleks tədbirlər qəbul edilib. Sənəd fevralın 15-dən Donbasda atəşkəs rejiminin tətbiqini, ağır silahların çıxarılmasını və təhlükəsiz zonanın yaradılmasını nəzərdə tutur.
Diaspora