Rusiyanın Leninqrad vilayətinin Murino şəhərində Misir vətəndaşının meyiti hündürmərtəbəli binanın yaxınlığında tapılıb. Bu barədə iyulun 20-də 78.ru portalı məlumat yayıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, faciə iyulun 19-na keçən gecə məlum olub. İddialara görə, 33 yaşlı kişi 6-cı mərtəbədəki mənzilinin pəncərəsindən yıxılıb.
Əcnəbinin ölümünün səbəbləri müəyyən edilir.
QAZİLER.AZ