İraq İsveçə xəbərdarlıq etdi

İraq İsveçə xəbərdarlıq etdi backend

İraq İsveçə Quranın yandırılması ilə bağlı yeni bir aksiya baş verəcəyi təqdirdə münasibətləri kəsəcəyi barədə xəbərdar edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, İraq hakimiyyəti İsveçi Quranın yandırılması ilə aksiyanın təkrarlanması halında münasibətlərin kəsiləcəyi barədə xəbərdar edib. Bu barədə cümə axşamı, iyulun 20-də İraq hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bu ilin əvvəlindən İsveçdə Quranın yandırılması ilə bağlı nümayişlər tez-tez baş verib. Onlardan birincisi Danimarkanın ifrat sağçı partiyanın lideri Rasmus Paludan olub. O, Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranı yandırıb. Sonradan insident bir çox ölkələr arasında güclü rezonansa səbəb oldu.

İsveçdə tənqidlərə cavab olaraq aksiyanı söz azadlığının nümayişi adlandırılıb.

QAZİLER.AZ

Diaspora