Nikolaevdə raket hücumu nəticəsində xəsarət alanların sayı artıb. Ən azı 19 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim Telegram-da məlumat verib.
Kim qeyd edir ki, 8 nəfər tibbi yardıma müraciət edib, biri uşaq olmaqla iki nəfər xəstəxanaya yerləşdirilib.
Onun sözlərinə görə, saat 3:03 radələrində işğalçılar Nikolayevi raketlərlə vurublar. Hücum nəticəsində üçmərtəbəli binanın bir neçə mərtəbəsi dağılıb, 450 kvadratmetr sahədə yanğın baş verib.
Dağıntıların təmizlənməsi davam edir.
QAZİLER.AZ