“Taliban” hərəkatının döyüşçüləri bu gün səhər saatlarında Əfqanıstanın şimalındakı Kunduz şəhərini ələ keçiriblər.
APA-nın məlumatına görə, hadisə zamanı polis və hərbi birləşmələrin bir çoxu şəhərdən kənarda, vilayətin qubernatoru Məhəmməd Ömər Safi Tacikistanda səfərdə, güc strukturlarının rəhbərləri isə Kabildə olub.Silahlılar Kunduz şəhərinə əsas giriş məntəqələrini nəzarət altına alıblar. Sonra onlar vilayət Şurasının, Ali Sülh Şurasının binasını və 200 yataqlı xəstəxananı ələ keçiriblər.
Hücum nəticəsində 14 əfqan polisi və 7 vətəndaş ölüb, 47 nəfər yaralanıb. Yerli təhlükəsizlik qüvvələri isə 13 silahlının qətlə yetirildiyini, 21 nəfərin yaralandığını açıqlayıblar. Kunduz şəhərinə ordu birləşmələri göndərilsə də, onlar şəhərə daxil ola bilməyiblər. Hökumət qüvvələri əməliyyata aviasiya qüvvələrinin cəlb edilməsi barədə qərarı hələlik verməyiblər