Çin Aya insan göndərəcək - Kosmik gəmi tikilməkdədir

Çin Aya insan göndərəcək - Kosmik gəmi tikilməkdədir backend

Çin, yeddi nəfərlik ekipajı olan ilk təkrar istifadə edilə bilən kosmik gəminin tikintisinin 2027-ci ilə qədər tamamlanacağını açıqlayıb.

Çin Milli Kosmos Administrasiyasının (CNSA) 2004-cü ildən bəri davam edən "Çin Ay Tədqiqat Proqramı" (CLEP) çərçivəsində 2030-cu ilə qədər tamamlanması planlaşdırılan “Zhang 6”, “Zhang 7” və “Zhang 8” pilotsuz kəşfiyyat missiyaları ilə Ayın cənub qütbü və təbii ehtiyatları tədqiq ediləcək.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, Çin bu missiyalarla yanaşı, Aya insan göndərmək planları da hazırlayır, həmçinin kosmik gəmilərin tikintisini davam etdirir.

Çinin insanlı kosmik proqramı çərçivəsində ölkənin Aya insanlı enişi və onun səthində kosmik stansiya tikintisi üçün yeni kosmik gəmilər istehsal olunacaq.

Bu çərçivədə 7 nəfərlik kosmik gəminin dizaynının Çinin Shincou kosmik gəmisi ilə müqayisədə 1650 dərəcəyə qədər yüksək temperaturlara qarşı 3-4 dəfə daha davamlı olacağı açıqlanıb.

Təxminən 8,8 metr uzunluğunda olan kosmik gəminin çəkisi otuz faiz azaldılaraq 21,6 tona çatdırılacaq.

Mütəxəssislər daha yüngül olması üçün nəzərdə tutulan yeni kosmik gəminin SpaceX-in 9,5 tonluq Dragon V2 kosmik gəmisi ilə müqayisədə daha üstün olacağını düşünürlər.

QAZİLER.AZ

Diaspora