İraqın cənubunda yerləşən Bəsrədə havanın temperaturu 50 dərəcəni keçdikdən sonra rəsmi tətil elan edilib.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, qərar sabahdan qüvvəyə minəcək.
Şəhərdə təhlükəsizlik və səhiyyə müəssisələri istisna olmaqla, hər yerdə tətil elan edildiyi açıqlanıb.
Digər tərəfdən ölkənin cənubundakı Divaniyə əyalətində həddindən artıq istilər səbəbindən iş saatlarının azaldıldığı bildirilib.
İraq Meteorologiya və Zəlzələ İnstitutundan verilən yazılı açıqlamada ölkə daxilində hava istiliyinin artacağı bildirilib.
QAZİLER.AZ