Kəbənin örtüyü dəyişdirildi - FOTO

Kəbənin örtüyü dəyişdirildi -  FOTO backend

Milyonlarla müsəlmanın zəvvar olmaq üçün getdiyi müqəddəs torpaqda bu il möhtəşəm mərasim keçirilib.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, Kəbənin köhnə örtüyü sökülərək yerinə yenisi asılıb. Ümrə ziyarətinə gedən minlərlə insan isə bu anların şahidi olub.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, örtüyün dəyişdirilməsi Kəbənin imamı Sudeysinin rəhbərlik etdiyi qrup tərəfindən həyata keçirilib.

Ümumilikdə 45 parçadan ibarət olan Kəbənin örtüyü 850 kiloqram xalis ipək parça üzərində motiv və xətlər üçün  120 kiloqram qızıl və 100 kiloqram gümüşdən ibarətdir.

Ənənəvi olaraq hər hicri ilin birinci günü olan Məhərrəm ayının 1-də Kəbənin örtüyü dəyişdirilir.

Kəbənin örtüyü Məkkədəki Kral Əbdüləziz Kəbə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən səliqə ilə hazırlanır.

QAZİLER.AZ

Diaspora