Rusiya Ukraynaya gedən bütün gəmiləri hərbi sursat daşıyıcısı kimi qəbul edəcək

Rusiya Ukraynaya gedən bütün gəmiləri  hərbi sursat daşıyıcısı kimi qəbul edəcək backend

Bu gün Rusiya Müdafiə Nazirliyindən diqqət çəkən açıqlama verilib. 

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, açıqlamada Rusiya Müdafiə Nazirliyi iyulun 20-dən etibarən Qara dəniz vasitəsilə Ukrayna limanlarına gedən gəmiləri hərbi yük gəmiləri kimi qəbul edəcəyini bildirib.

“İyulun 20-dən Ukraynanın Qara dənizdəki limanlarına gedən bütün gəmilər potensial hərbi yükdaşıyıcı kimi qəbul ediləcək. Belə gəmilərin bayrağında olan ölkələr Kiyev rejimi tərəfində olan Ukrayna münaqişəsinə daxil edilmiş sayılacaq”, nazirliyin açıqlamasında qeyd edilib.

QAZİLER.AZ

Diaspora