Cənubi Afrika Respublikası prezident ofisi Putinin bu ölkədə keçirilməsi nəzərdə tutulan BRİKS sammitinə qatılmayacağını bildirib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Cənubi Afrikada keçiriləcək BRİKS sammitinə getməyəcək.
Bu barədə prezidentin dəftərxanası bildirib.
Qeyd olunur ki, ölkəni prezidentin yerinə Rusiya xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. Putinin iştirak etməməsi ilə bağlı birgə qərarın əldə edildiyi də vurğulanır.
Sammitdə Çin, Braziliya, Hindistan və Cənubi Afrikanın liderləri iştirak edəcək.
QAZİLER.AZ