İş adamını öldürmək üçün kobradan istifadə etdilər - Dəhşətli qətlin TƏFƏRRÜATI

İş adamını öldürmək üçün kobradan istifadə etdilər - Dəhşətli qətlin  TƏFƏRRÜATI backend

Hindistanın Uttarakhand əyalətində 5 nəfər iş adamını öldürmək üçün kobradan istifadə edib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, "Hindustan Times"ın məlumatına görə, polis rəsmiləri yarılma hesabatında iyulun 15-də Haldvani şəhərinin Teenpani rayonu yaxınlığında park edilmiş avtomobilində ölü tapılan 30 yaşlı iş adamı Ankit Çauhanın ölüm səbəbinin "ilan zəhəri" olduğunu açıqlayıb.

Səlahiyyətlilər, ilan təlimçisi Ramesh Nathın Çauhanıkobradan istifadə edərək öldürmək və qətli qəza kimi göstərmək ittihamı ilə həbs edildiyini, hadisədə iştirak edən digər dörd nəfərin isə qaçdığını bildirdi.

Böyük polis əməkdaşı Nainital Pankaj Bhatt verdiyi açıqlamada Çauhanın telefon zənglərinin skan edildiyini və onun Mahi adlı qadınla əlaqə saxladığını öyrəndiklərini bildirib.

Mahinin Uttar Pradeş əyalətindən bir ilan təlimçisi ilə əlaqə saxladığını qeyd edən Bhatt, bu şəxsin nəzarətə alındığını bildirib.

Bhatt bildirib ki, ilan təlimçisi sorğu-sual zamanı Mahinin dostu və iki köməkçisinin Çauhanın üzərinə kobra ataraq onu öldürməyə cəhd etdiyini etiraf edib.

İstintaqın ilk mərhələsində Çauhanın kilidli olduğu avtomobildə dəm qazından zəhərləndiyi düşünüldüyünü qeyd edən Bhatt hadisənin iyulun 14-də Çauhanın Mahinin evinə qonaq gəldiyi zaman baş verdiyini bildirib.

QAZİLER.AZ

Diaspora