Pakistanın paytaxtı İslamabadda güclü musson yağışlarının səbəb olduğu fəlakətlər və qəzalar nəticəsində 13 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
Qaziler.az bildirir ki, Geo News televiziyasında yer alan xəbərə görə, güclü yağış paytaxt İslamabada daha çox ziyan vurub.
Paytaxtın Qolra Mor bölgəsində yağışlar nəticəsində tikilməkdə olan körpünün yaxınlığındakı divar uçub.
Körpünün tikintisində çalışan və çadırlarda yatan fəhlələrdən 12-si uçan divarın altında həyatını itirib.
Digər tərəfdən, İslamabadın Muhammedi Tovn məhəlləsində bir uşaq uçmuş divarın altında qalaraq ölüb.
Güclü yağışlar səbəbindən sürüşkən olan yollarda yol-nəqliyyat hadisələri baş verib.
İslamabad-Pişəvər avtomobil yolunda baş verən yol qəzasında 11 nəfər xəsarət alıb.
Yağışlar səbəbindən paytaxtın bəzi yerlərində daşqınlar baş verib.
QAZİLER.AZ