Gecə Ukraynaya kütləvi hücum zamanı rus işğalçıları Nikolayev vilayətinin Koblevo yaxınlığındakı kurort zonasına hücum ediblər. İki nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kimin Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, düşmənin Koblevo icmasının yaşayış məntəqəsinə hücumu nəticəsində sahil zonasında istirahət infrastrukturu obyektləri dağıdılıb və yanıb.
"Ətraflı məlumat dəqiqləşdirilir. İki nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya yerləşdirilib", - hərbi administrasiya rəhbəri əlavə edib.
QAZİLER.AZ