Krım yarımadasının Alekseyevka kəndi yaxınlığında sursat anbarı yanıb, Tavrida şossesi bağlanıb.
Qaziler.az bildirir ki, Krımda silah-sursat anbarı yanıb. Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Hadisə Kirovski rayonunda, Alekseevka kəndi yaxınlığındakı poliqonda baş verib. Yerli sakinlər iki saat ərzində yanğın yerindən beş kilometr radiusda partlayış səsləri eşitdiklərini bildiriblər. Hələlik heç kimin xəsarət almadığı bildirilib..
Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın qondarma qubernatoru Sergey Aksenov Telegram kanalında yanğın faktını təsdiqləyib.
QAZİLER.AZ