Lvov vilayətində bir gündə sovet əsgərlərinin şərəfinə qoyulan 4 abidə sökülüb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Ukraynanın qərbində yerləşən Lvov vilayətində son sutka ərzində sovet əsgərlərinin 4 abidəsi sökülüb. Abidələrin sökülməsinin görüntüləri iyulun 18-də “Dekolonizasiya. Ukrayna" Telegram kanalında yerləşdirilib.
Verilən məlumata görə, iyulun 17-də Buyanov, Lipovtsı, Lopuşanka və Pomoryanı qəsəbələrində sovet abidələr sökülüb.
Bundan əlavə, iyulun 17-də həmin ərazidə Zavodskoye və Podqayçiki kəndlərində sovet əsgərlərinin olduğu iki abidənin də söküldüyü bildirilib.
QAZİLER.AZ