"Kreml Ukraynanı əsas gəlir mənbəyindən məhrum etmək istəyir"

"Kreml Ukraynanı əsas gəlir mənbəyindən məhrum etmək istəyir" backend

"Kreml sahibi Vladimir Putin Ukrayna ilə taxıl anlaşmasını uzatmayıb, ancaq “bu məsələyə qayıda bilərik” cümləsiylə beynəlxalq aləmə mesaj da göndərib".

Qaziler.az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz feysbuk səhifəsində yazıb.

"Bununla Rusiya prezidenti demək istəyib ki, onun tələbləri yerinə yetirilsə taxıl sazişinin müddətini bir neçə ay uzada bilər. Putin Ukrayna taxılının dünya bazarlarında satılması halında Rusiyanın kənd təsərrüfatı məhsullarının Qara dəniz üzərindən satıla bilmədiyini bildirib. Putin bu səbəbən anlaşmanı uzatmadığını vurğulayıb", - deyə politoloq qeyd edib.

Eıxan Şahinoğlunun fikrincə, Qərb Putinin şərtlərini yerinə yetirməyəcək: "Anormal durumdur. Əslində taxıl sazişinin mahiyyəti budur ki, Rusiya hərbi gəmiləri Ukrayna limanlarını və bu limanlardan dünya bazarlarına taxıl daşıyan gəmiləri hədəf almamalıdır. İndi belə çıxır ki, anlaşma uzadılmayıbsa Ukrayna limanlarından dünya bazarlarına taxıl ixrac etmək istəyən gəmilər hədəf halındadır. Kreml Ukraynanı əsas gəlir mənbəyindən məhrum etmək istəyir".

QAZİLER.AZ

Diaspora