Avropa İttifaqı ölkələri Belarusun hərbi sahəsinə qarşı sanksiyalar paketinə razılıq verib.
Qaziler.az bildirir ki, bu barədə “Politico” xəbər verir.
Qeyd olunur ki, paketə hərbi texnika, xüsusən də aviasiya bölmələri üzrə məhdudiyyətlər daxil olacaq.
Konkret bəndlər Rusiyaya qarşı sanksiyaları - Belarus vasitəsilə Rusiyaya qeyri-qanuni daşınan hərbi təchizatı dayandırmaq cəhdini əks etdirəcək.
“Belarusa qarşı yeni sanksiyalar Belarusu cəzalandırmaq üçün daha geniş və qlobal razılaşmaya doğru addım kimi qiymətləndirilir”, - Politico yazır.
QAZİLER.AZ