ABŞ ordusunun siravi əsgəri Kinq "qəsdən və icazəsiz" Şimali Koreya ərazisinə qaçıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, ABŞ ordusunun 2-ci dərəcəli sıravi əsgəri Travis King “qəsdən və icazəsiz” Şimali Koreya ilə Cənubi Koreya arasındakı sərhədi keçib. Bu barədə CBS News xəbər verir.
Hərbçinin taleyi hələlik məlum deyil, lakin ABŞ rəsmiləri onun Şimali Koreyada həbsdə olduğunu iddia ediblər.
“JSA-nın turu zamanı ABŞ vətəndaşı icazəsiz Koreya Xalq Demokratik Respublikasına (KXDR) hərbi demarkasiya xəttini keçib”, - deyə BMT bildirib.
BMT-nin insidentin həlli üçün Koreya Xalq Ordusu ilə birlikdə çalışdığı bildirilir.
Hadisənin şahidi bildirib ki, əsgər KXDR ərazisinə qaçmazdan əvvəl gülərək “ha- ha” deməsi müşayiətçilərin çaşqınlığına səbəb olub və onun hərəkətini əvvəlcə pis zarafat hesab edib. Qaçmazdan əvvəl həmin şəxs intizam səbəbiylə Cənubi Koreyada nəzarətə götürülüb və ölkədən çıxarılması planlaşdırılıb.
QAZİLER.AZ