Məşhur teleaparıcı efirdə söyüş söymək üçün icazə istəyib

Məşhur teleaparıcı efirdə söyüş söymək üçün icazə istəyib backend

Teleaparıcı Melani Sayks deyir ki, Turetta sindromuna görə söyüş söyməmək onunçün çox çətindir.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, tanınmış britaniyalı teleaparıcı Melani Sayks onun Turetta sindromundan əziyyət çəkdiyini irəli sürərək efirdə söyüş söymək üçün icazə istəyib. Bu barədə The Sun yazır.

Life's A Beach podkastının efirində 52 yaşlı radio və televiziya aparıcısı Alena Karra söyüşlərdən özünü saxlamağın çətin olduğunu etiraf edib. “Bunu etməməyə çalışacağam. Amma mən Turetta xəstəliyinə tutulduğumu indicə kəşf etdim” deyib.

Sayks əlavə edib ki, 2021-ci ildə ona autizm diaqnozu qoyulub. Onun sözlərinə görə, xəstəlik haqqında bilmək ona bütün həyatı boyu başına gələnləri anlamağa kömək edib.

Verilişdən sonra aparıcı Twitter-də yazıb ki, həkimlər onda Turetta sindromu olduğunu təsdiqləməyiblər. O, öz araşdırmaları və müşahidələri əsasında vəziyyəti ilə bağlı nəticə çıxardığını qeyd edib.

QAZİLER.AZ

Diaspora