Zaxarova Londonu Ukrayna "cinayətlərinin şəriki adlandırıb

Zaxarova Londonu Ukrayna "cinayətlərinin şəriki adlandırıb backend

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki Kiyev rejimi Londondan tədarük edilən silahlardan insanları öldürmək və şikəst etmək üçün istifadə edir, bununla da Böyük Britaniya Ukrayna cinayətlərində şərik olur.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki,o, bu barədə iyulun 18-də öz şərhində bildirib

“Britaniya tərəfindən verilən mərmilər və raketlər “qoruduğunu” iddia etdiyi uşaqları öldürür, şikəst edir və yetim qoyur. Bu, Londonu Kiyev rejiminin bu və digər cinayətlərinin şərikinə çevirir və o, məsuliyyətdən yaxa qurtara bilməz”, - Britaniya hökumətinin sanksiyaları ilə bağlı şərhində deyilir.

O, Britaniyanın iyulun 17-də tətbiq etdiyi anti-Rusiya sanksiyalarının Londonun psevdohumanizmini nümayiş etdirən qeyri-qanuni məhdudiyyətlər olduğunu vurğulayıb.

QAZİLER.AZ

 

Diaspora