Romada istilik rekord həddə çatıb

Romada istilik rekord həddə çatıb backend

Romada istilik rekord həddə çatıb və +41,7 dərəcə təşkil edib.

Qaziler.az bildirir ki, bu barədə iyulun 18-də  meteoroloji mərkəz məlumat yayıb.

Eyni zamanda, küçə termometrləri +45 dərəcəni göstərib. Meteoroloqların fikrincə, bu həftə İtaliya tarixində ən isti həftə ola bilər. Belə bir anomaliyaya Saharadan gələn Afrika antisiklon "Xaron" səbəb olub.

Hazırda havanın temperaturu ölkə üzrə normadan 10 dərəcə yüksəkdir. Eyni zamanda, proqnozlara görə, xüsusilə Sardiniya adasında temperatur yalnız yüksələcək.

QAZİLER.AZ

Diaspora