Tomskda bir şəxs irad tutduğuna görə digərini bıçaqlayıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, hadisə ilə bağlı iyulun 18-də “Ya iz Tomska” Telegram kanalında məlumat verilib.
İnsanların gözü qarşısında gənc oğlan yoldan keçən və onu naringilərin pulunu ödəmədiyinə görə qınayan şəxsi bıçaqla böyründən vurub. Yaralıya kömək etmək mümkün olmayıb, o, yerindəcə keçinib.
Polis cinayətkarı saxlayıb və şəxsiyyətini müəyyən edib. O, əvvəllər məhkum olunmuş, bir müddət əvvəl həbsdən çıxmış 27 yaşlı gəncdir.
Bəzi KİV-lər həbs edilən şəxsin cəzaçəkmə müəssisəsindən qaçdığını iddia edir.
Bu məlumat təsdiqini tapmayıb.
QAZİLER.AZ