Avstraliyada kosmik raket parçası sahilə düşdü

Avstraliyada kosmik raket parçası sahilə düşdü backend

Avstraliya Kosmik Agentliyi Qərbi Avstraliya ştatının Green Head şəhəri yaxınlığındakı çimərlikdə aşkar edilən naməlum obyektlə bağlı açıqlama yayıb.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, agentlik sahilə çıxan metal obyektin nə olduğunu müəyyən etmək üçün digər kosmik agentliklərlə birlikdə araşdırma aparıb.

Avropa Kosmik Agentliyinin mühəndisi Andrea Boyd Hind okeanına düşən cismin peyk buraxmaq üçün istifadə edilən Hindistana məxsus raket modelinin bir hissəsi olduğunu bildiriblər.

Obyektin peyk atma missiyası zamanı düşən raket parçası olduğuna inandıqlarını ifadə edən Boyd Birləşmiş Millətlər Təşkilatının Kosmos İşləri İdarəsinin müvafiq razılaşmasına diqqət çəkərək, cismi kosmosa göndərən ölkənin bundan məsul olduğunu qeyd edib.  

QAZİLER.AZ

Diaspora