“Rusiya prezidenti Vladimir Putinin cədvəlində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla hələlik heç bir görüş yoxdur”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Onun verdiyi məlumata görə, Rusiyanın taxıl sazişindən çıxmasından və digər hadisələrdən sonra Putin Türkiyə prezidenti ilə danışıqlar aparmağı planlaşdırmayıb.
“Hələ heç nə yoxdu”, – Peskov bildirib.
Ötən həftə də Kremlin sözçüsü Putinin Ərdoğanla telefon danışığı planlaşdırmadığını açıqlamışdı.
QAZİLER.AZ