Çinin xarici işlər naziri axtarılır – O hardadır?

Çinin xarici işlər naziri axtarılır –  O hardadır? backend

Çinin xarici işlər naziri Çin Qanqın iyunun 25-dən bəri ictimaiyyət qarşısına çıxmaması nazirlə bağlı suallar doğurub.

Qaziler.az AA-ya istinadla xəbər verir ki, 2022-ci ilin dekabrında Xarici İşlər Naziri təyin edilən Çin Qanq 25 iyunda Pekində Şri Lanka, Rusiya və Vyetnam rəsmiləri ilə görüşdəki mətbuat konfransından sonra ictimaiyyət qarşısına çıxmayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning dünən keçirilən mətbuat konfransında nazirin 3 həftədir kameralar qarşısına çıxmamasıyla bağlı sualına məsələ ilə məlumatsız olduğunu və Çinin diplomatik fəaliyyətinin hər zamanki kimi davam etdiyini bildirib.

Qeyd edilib ki, iyulun 11-14-də İndoneziyanın paytaxtı Cakartada keçirilən Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirləri səviyyəsində keçirilən toplantısında Çin Qanqın yerinə Çinin Mərkəzi Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru Vanq Yi iştirak edib. Çinin isə səhhətində yaranan problemlərə görə iclasa qatıla bilməyəcəyi bildirilib.

QAZİLER.AZ

Diaspora