Dünyaca məşhur idman geyimləri brendi olan “Puma” başqa bir ad altında Rusiya bazarına geri dönüb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə “Mash” teleram kanalı video yayımlayıb.
Məşhur brend artıq Rusiya bazarında “Amazing Red” adı altında və fərqli sahibi ilə fəaliyyətə başlayıb.
Kanalı yazır ki, şirkət mağazalarında orijinal məhsulları satmağa söz verib.
“Hər şey əvvəlki kimidir, lakin indi bahalıqdır. Piştaxtalara düzülən mallar anbarda qalan qalıq məhsullardır. Amma yeni mallarda problem olmayacaq”, - mağaza işçiləri deyib.
QAZİLER.AZ