“Misirdə tapılan qızdırma simptomları olan yeni naməlum infeksiya bütün ölkədə yaşayan ağcaqanadlar vasitəsilə ötürülür, buna görə də epidemiyanın baş verdiyi əyaləti tərk etsəniz belə, bu, təhlükəsizliyə zəmanət vermir”.
Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə NSN-ə müsahibəsində Viral İnfeksiyaların Profilaktikası və Müalicəsi üzrə Elmi İnformasiya Mərkəzinin direktoru Georgi Vikulov bildirib.
Mütəxəssis eyni zamanda söhbət dang qızdırmasının alovlanmasından gedə biləcəyini də vurğulayıb.
Nəşrin məlumatına görə, bundan əvvəl Misirin Qena əyalətində naməlum xəstəlik baş verib. Nil vadisində yerləşən bu bölgə vasitəsilə turistlər Luksor şəhərinə ekskursiyaya gedirlər. İnfeksiyanın ağcaqanadların və digər qansoran həşəratların dişləmələri ilə ötürüldüyü məlum olsa da, inkubasiya dövrü 4-10 gün davam edir və simptomlar dang qızdırmasına bənzəyir və yüksək hərarət, ağrılar, baş ağrısı, ürəkbulanma və qusma kimi özünü göstərir. Bununla bağlı Rospotrebnadzor Misirdən gələn reyslərə sanitar nəzarəti gücləndirib
QAZİLER.AZ