İran sağlamlıq turizmindən 1 milyard dollar qazanıb

İran sağlamlıq turizmindən 1 milyard dollar qazanıb backend

İran səhiyyə nazirinin müavini Səid Kərimi bildirib ki, ötən il ölkəsi sağlamlıq turizmindən 1 milyard dollara yaxın gəlir əldə edib.

Qaziler.az xəbər verir ki, bu barədə İranın “Tesnim” xəbər agentliyi məlumat dərc edib.

Sağlamlıq turizmi haqqında məlumat verən Kərimi, "Keçən il xaricdən İrana müalicə üçün 1 milyon 200 minə yaxın insan gəldiyini, 1 milyard dollar civarında gəlir əldə etdiyini deyib.

Kərimi bildirib ki, İran daha çox ginekologiya və mamalıq, sonsuzluq, göz xəstəlikləri, gözəllik müalicəsi, ürək və uşaq cərrahiyyəsi kimi sahələrdə üstünlük təşkil edir.

İran rəsmisi sağlamlıq turizmindən əldə olunan gəliri ildə 5-10 milyard dollar səviyyəsinə çatdırmağı hədəflədiklərini bildirib.

QAZİLER.AZ

Diaspora