“Titaniki” çəkən rejissordan batan sualtı qayıqla bağlı sərt reaksiya

“Titaniki” çəkən rejissordan batan sualtı qayıqla bağlı  sərt reaksiya backend

Məşhur "Titanik" filminin rejissoru Ceyms Kemeron “OceanGate” şirkətinin sualtı qayığı “Titan”da yaşanan faciə ilə bağlı film çəkmək üçün danışıqlar apardığı haqda yayılan şayiələri sərt şəkildə tənqid edib.

Qaziler.az NTV-yə istinadla xəbər verir ki, oskarlı rejissor 5 nəfərin ölümü ilə nəticələnən “Titan” sualtı qayığı ilə bağlı iddiaları hücum adlandırıb.

O, yayılan söz-söhbəti "təhqiredici" adlandırıb və heç vaxt “Titan” haqqında film çəkməyəcəyini bildirib.

Qeyd edək ki, Ceyms Kemeron “Titanik”in qalıqlarını görmək üçün 33 dəfə Atlantik okeanının dibinə səyahət edib.

QAZİLER.AZ

Diaspora