Kamuflyajlı yeni “Peugeot 3008” yollara çıxıb

Kamuflyajlı yeni “Peugeot 3008” yollara çıxıb backend

“Peugeot” 3008 modeli ilə hər zamankindən daha çox yenilik etməyi planlaşdırıb.

“Peugeot” normal şərtlərdə gizli şəkildə yollara çıxarılan və görünməmək üçün fərqli tətbiqlərlə üzərində işlər aparılan prototipləri ilə əlaqədar kamuflyajlı yeni modelini sərgiləyib.

Bundan əlavə, şirkət bu yay açıq yollarda test sınaqları zamanı hər kəsi kamuflajlı yeni “Peugeot 3008”in şəkillərini çəkməyə dəvət edib.

Bu müddət ərzində '#camocatch challenge' kamuflyajlı “Peugeot 3008”lərdən birini görmək imkanı olan hər kəsi avqustun 15-dək şəkil çəkdirməyə (təhlükəsizlik qaydalarına uyğun olaraq) və şəxsi sosial şəbəkələrində paylaşmağa dəvət edir.

“Peugeot” həmçinin dünya premyerasından sonra keçiriləcək press-test sürüşlərində yeni 3008-i sınaqdan keçirmək üçün xüsusi dəvət olunacaq 6 qalibi seçmək üçün müraciətlər arasından seçim edəcək.

“Peugeot” sentyabrda yeni 3008-in üzərindəki sirli pərdəni, yəni kamuflyajı götürəcək.

QAZİLER.AZ

Diaspora