Çində havanın temperaturu mövsüm normalarından xeyli yüksək olub.
Qaziler.az İHA-ya istinadla xəbər verir ki, ölkənin şimal-qərbində yerləşən Turfan şəhərinin Sanbao rayonunda ötən gün havanın temperaturu rekord həddə çatıb.
Şəhərin Meteoroloji Rəsədxanasından verilən açıqlamaya görə, Sanbao rayonunda havanın temperaturunun bazar günü saat 19.07-də 52,2 dərəcəyə yüksəldiyi bildirilib.
Beləliklə, bölgədə yüksək hava temperaturu ilə bağlı həyəcan siqnalı qırmızıya qaldırılıb. Açıqlamada yüksək temperaturun ən azı bir həftə davam edəcəyi qeyd edilib.
Ölkənin yerli mətbuatında yer alan xəbərlərdə Turfanda yerin istiliyinin 80 dərəcəyə çatdığı vurğulanıb.
Qeyd edilib ki, Turfan hövzəsində yerləşən Aydinq rayonunda havanın temperaturu 2015-ci ildə rekord qıraraq 50,3-ə çatıb. Çökək hövzə kimi tanınan Turfan hövzəsi Çində ən isti və ən quraq iqlimə malik bölgə kimi tanınır.
QAZİLER.AZ