Kataloniyada keçirilən seçkilərdə müstəqillik tərəfdarları qalib gəliblər

Kataloniyada keçirilən seçkilərdə müstəqillik tərəfdarları qalib gəliblər backend

Barselonada Kataloniyanın müstəqilliyinin tərəfdarları muxtar vilayətdə keçirilən parlament seçkilərində "Junts pel Si" (Birlikdə "hə") partiyasının qələbəsini bayram edirlər. Onlar bu seçkiləri İspaniyanın tərkibindən çıxmaq barədə referendum kimi qiymətləndirirlər.


AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, vilayətin başçısı Artur Mas 2017-ci ilə qədər Barselonanı Madriddən ayıracağına söz verib. Halbuki bu ayrılma konstitusiya və mərkəzi hakimiyyət tərəfindən qadağan edilir.

Seçkilərin ilkin nəticələrinə görə, "Birlikdə "hə" bloku parlamentdə 62 yerə sahib olub. Mütləq çoxluğa nail olmaq üçün onlara 6 yer də lazımdır. Bunu da "Candidatura d`Unitat Popular" (Milli vəhdət namizədliyi) partiyası kimi həmfikirlərinin köməyi ilə əldə etmək olar.

Seçkilərdə ikinci yeri birlik tərəfdarları olan sağ mərkəzçi "Ciudadanos" (Vətəndaşlar) partiyası tutub. Onlar parlamentdə 25-ə yaxın yerlə təmsil olunacaqlar. İspaniyanın mərkəzi hökumətin başında duran ən böyük partiyası - "Xalq partiyası" isə Kataloniyada seçicilərin 9 faizindən də azının etimadını qazana bilib.
Diaspora