Bu konfrans Türkiyənin siyasi mövqeyinin güclənməsinə səbəb oldu - Politoloq

 Bu konfrans Türkiyənin siyasi mövqeyinin güclənməsinə səbəb oldu -  Politoloq backend

NATO-nun Vilnüs sammitində Ukraynın Alyansa üzv olacağı gözlənilmirdi. Bunu Ukrayna prezidenti Volodimir Zelensiki də bilirdi. Çünki, belə bir prosedur NATO nizamnaməsinə ziddir. Həmçinin belə bir qərarın verilməsi, üzv ölkələrin birbaşa Rusiyaya qarşı müharibəyə qoşulmasıdır. Əgər, Ukraynanı Alyansa üzv edib, irəli gələn öhdəliklər yerinə yetirilməsəydi, NATO nüfuzdan düşə və BU ONUN Rusiya qarşısında məğlubiyyəti demək olardı.

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.

"Əgər, NATO Rusiyaya qarşı müharibəyə qoşulardısa, bu, üçüncü dünya müharibəsinə gətirib çıxara bilərdi. Ona görə də Ukraynanın NATO üzvülüyü obyektiv olaraq qəbul edilmədi. Bu qərar NATO birliyinə və nüfuzunun saxlanılmasına, güclənməsinə xidmət edəcək. İndiki şərtlər daxilində Ukraynaya yardımlar, ən optimal variant olaraq Ştaynmer platforması əsasında Ukraynaya 52 dövlətin hərbi-siyasi dəstəyidir. Məhz NATO qeyri-rəsmi olaraq bu format çərçivəsində, hətta üzv olmayan ölkələri bir platformada birləşdirib, Rusiyaya qarşı səfərbər edib.

NATO Vilnüs sammiti Rusiyaya qarşı yeni bir strategiyanın qəbulu və dünya siyasi nizamında yeni mərhələnin başlanmasına gətirib çıxardı. Məhz bu konfransda NATO üzvü olan Türkiyənin beynəlxalq aktor olaraq siyasi mövqeyinin güclənməsinə səbəb oldu. Ümumilikdə, Vilnüs sammiti ilə Qərbin Rusiyaya qarşı hərbi -siyasi müharibəsində qələbə əldə edəcəyi tam qərarlaşdı", - politoloq qeyd edib.

QAZİLER.AZ

Diaspora