Nepalda avtomobillərin istifadəsi məhdudlaşdırılıb

Nepalda avtomobillərin istifadəsi məhdudlaşdırılıb backend

Sentyabrın 27-də Nepal hökuməti ölkədə yarana biləcək yanacaq çatışmazlığı riskinə görə avtomobillərin istifadəsini məhdudlaşdırıb. Belə ki, yeni konstitusiyaya etiraz edən nümayişçilərin Nepalı Hindistanla birləşdirən əsas avtomobil trasını bağlamaları səbəbindən ölkəyə yanacaq daşınması çətinləşib.

AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, Nepal hökuməti avtomobil sahiblərinə qeydiyyat nömrəsinin son ədədindən asılı olaraq, nəqliyyat vasitələrindən yalnız tək və ya cüt günlərdə istifadə etməyə icazə verib.

Katmandu hava limanının rəsmi nümayəndəsi Purna Prasad Çudalın sözlərinə görə, hökumət Nepala uçuş həyata keçirən beynəlxalq aviasiya kompaniyalarına sentyabrın 28-dən etibarən təyyarələrin geri qayıtması üçün əlavə yanacaq götürmələri barədə xahişlə müraciət edib.
Diaspora