Krım körpüsündə dəmiryolu xəttinin fəaliyyəti bərpa olunub - YENİLƏNİB

Krım körpüsündə dəmiryolu xəttinin fəaliyyəti bərpa olunub -  YENİLƏNİB backend

Krım körpüsündə dəmiryolu xəttinin fəaliyyəti bərpa olunub.

“Report” xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Bildirilib ki, Simferopol-Moskva qatarı Krasnodar diyarına yola düşüb.

Körpüdəki partlayış nəticəsində ər-arvad ölüb, qızları isə yaralanıb.

Hadisə yerində araşdırma aparılır.

08:07

Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, körpüdə baş verən partlayış nəticəsində Rusiya Federasiyasının Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

Daha əvvəl, Krımının qondarma “rəhbəri” Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

"Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", - o deyib.

Hadisənin təfərrüatları açıqlanmır.

Diaspora