NASA öz saytında “Marsın sirrinin açılması” mövzusuna həsr olunmuş vacib mətbuat konfransı keçirəcəyini anons edib. İKT.lent.az-ın xəbərinə görə, mətbuat konfransı bu gün Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.
Mətbuat konfransında böyük ehtimalla qırmızı planetdə maye halında suyun olmasına dair sübutların əldə edildiyi bildiriləcək. Lakin başqa variantlar, məsələn, Marsda həyat əlamətlərinin aşkarlandığının elan olunması da mümkündür. Qurumun anonsunda mövzu barədə heç nə deyilməsə də, mətbuat konfransını keçirəcək alimlərin siyahısı müəyyən qənaətlərə əsas yaradır. Onlardan 3-ü bu həftə Avropa Planetoloji Konqresində təqdim olunacaq yeni məruzənin müəllifləridir. Məruzədə qeyd olunur ki, Marsın səthində dövri olaraq üzə çıxan tünd “damarlar” duzlu suyun izləridir.