Rusiyada bir ayda 150 mindən çox adam ölüb – RƏSMİ

Rusiyada bir ayda 150 mindən çox adam ölüb – RƏSMİ backend

2023-cü ilin may ayında Rusiyada 152,7 min nəfər ölüb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 5,7 min (və ya 3,9 faiz) çoxdur.

Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiya Statistika Komitəsinin məlumatına görə, bundan əvvəl ölənlərin sayında illik artım 2022-ci ilin martında qeydə alınıb – o vaxt 5,1 faiz təşkil edib. 2023-cü ilin aprelində komitə ölənlərin sayının illik ifadədə 7,3, mart ayında isə 21,1 faiz azaldığını bildirib.

Bütövlükdə Rusiyada körpə ölümü illik hesablamada 10 faiz azalaraq 457 nəfərə çatıb.

Komitə doğumların sayında artım qeydə alıb. 2023-cü ilin may ayında Rusiyada 104,5 min uşaq doğulub ki, bu da bir il  əvvəllə müqayisədə 1,37 min (və ya 1,3 faiz) çoxdur. Sonuncu dəfə doğulanların sayında artım 2023-cü ilin yanvarında qeydə alınıb, illik ifadədə 417 nəfər (və ya 0,4 faiz) olub.

Məlumata görə, may ayında əhalinin təbii azalması 48,2 min nəfər təşkil edib ki, bu da bir il əvvəlkindən 10 faiz çoxdur. Yanvar-may aylarının yekunlarına görə, əhalinin təbii azalması 2022-ci ilin eyni dövründəki 246,8 min nəfərə qarşı 264,3 min nəfər təşkil edib.

 

 

Diaspora