Tayvanın cənubundakı Çiayi şəhərində məbəd yarmarkasında güclü partlayış baş verib.
APA xəbər verir ki, “Ziyu Shibao” qəzetinin məlumatına görə, azı 17 nəfər yaralanıb.
Nəşrin məlumatına görə, partlayış bazar günü gecə baş verib. Həmin an yarmarkada 20 minə yaxın insan olub. Hadisə şahidlərinin sözlərinə görə, partlayış səhnənin yaxınlığındakı dağlıq ərazidə baş verib. Təşkilatçılar orada atəşfəşanlıq üçün partlayıcıların saxlandığını bildiriblər.
Eyni zamanda Şanlı telekanalı iddia edir ki, qəzaya səbəb elektrik generatorlarından birinin partlaması olub. Həmin məlumata görə, azı iki zərərçəkən ağır bədən xəsarətləri alıb. Ümumilikdə üçü uşaq olmaqla, həkimlər 17 nəfəri xəstəxanaya yerləşdiriblər.
Polis partlayışın səbəblərini araşdırır.