1,3 tonluq uğursuz alman peyki "Aeolus" bir neçə həftədən sonra Yerə düşəcək.
Lent.az “Rosbalt”a istinadən xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi (ESA) yazır.
Avtomobil böyüklüyündə olan peykin yanacağı tükəndiyi və gündə təxminən 0,6 mil (1 km) sürətlə düşdüyü bildirilir.
"Aeolusun" atmosferə nə vaxt daxil olacağını hələ dəqiq söyləmək mümkün deyil, lakin Almaniyadakı missiya nəzarəti onu 280 km hündürlüyə çatdıqda orbitə çıxarmağı və daha sonra okeana batırmağı planlaşdırdığını bildirir.
Peyk planetin iqlimini öyrənmək, xüsusən də hava proqnozlarını yaxşılaşdırmaq üçün atmosferdəki küləyin ölçülməsi üçün beş il əvvəl “Veqa” daşıyıcı aparatı tərəfindən kosmosa buraxılıb.