Qəzaya düşən yeniyetmənin başını bədəninə tikdilər - Qeyri-adi ƏMƏLİYYAT

Qəzaya düşən yeniyetmənin başını bədəninə tikdilər - Qeyri-adi ƏMƏLİYYAT backend

İsraildə avtomobil velosipedçini vurub.

Lent.az xarici mediaya istinadla bildirir ki, nəticədə zərərçəkmiş yeniyetmə oksipital oynağın ikitərəfli dislokasiyası alıb. Zərbənin təsirindən boyun sümükləri qırılıb, baş yalnız boyun dərisinin bir hissəsi vasitəsilə dayanıb.

Uşaq təcili tibbi yardım helikopteri ilə Qüdsdəki Hadassa Tibb Mərkəzinə aparılıb.

Zərərçəkənə tibbdə ortopedik dekapitasiya kimi tanınan atlanto-oksipital oynağın ikitərəfli dislokasiyası diaqnozu qoyulub.

“Prosedur bir neçə saat çəkdi. Əməliyyat otağında zədələnmiş ərazidə yeni lövhələr və fiksatorlardan istifadə etdik. Sonda uşağı xilas edə bildik”, - deyə yeniyetməni əməliyyat edən həkim Ohad Einav bildirib.

Ortopedik və ya daxili dekapitasiya, əzələ toxumasının toxunulmaz qaldığı halda kəllənin onurğa beynindən ayrıldığı bir zədədir. Əksər hallarda bu, 70% hallarda qaçılmaz ölümə səbəb olur.

 

 

Diaspora