Kliçko Ukrayna prezidenti olmaq istəyir

Kliçko Ukrayna prezidenti olmaq istəyir backend

Kiyev meri Vitali Kliçko Ukrayna prezidentliyinə namizədliyini irəli sürməyə hazır olduğunu, lakin bu barədə danışmağın hələ tez olduğunu bildirib.

Qaziler.az “nyus.ru”ya istinadla xəbər verir ki, merin sözlərinə görə, ali dövlət vəzifəsinə seçkilər mövzusu yalnız ölkədə hərbi əməliyyatlar başa çatdıqdan sonra aktual olacaq.

"Ukraynanı avropalı etmək üçün mənim biliyim, enerjim, təcrübəm lazımdırsa, bunun üçün hər şeyi verərəm və hər şeyi verirəm. Prezident seçkiləri olacaq, bu haqda danışacağıq”, - siyasətçi Ukrayna prezidenti olmaq istəyib-istəmədiyi ilə bağlı sualı cavablandırarkən deyib.

QAZİLER.AZ

Diaspora