ABŞ: Rusiya taxıl müqaviləsini uzatmasa, bunun əvəzini ödəyəcək

ABŞ: Rusiya taxıl müqaviləsini uzatmasa,  bunun əvəzini ödəyəcək backend

“Rusiya taxıl müqaviləsini uzatmasa, bunun əvəzini inkişaf etməkdə olan ölkələr ödəyəcək”.

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, bu fikirləri ABŞ dövlət katibi Antoni Blinken diplomatik təmaslar üçün getdiyi İndoneziyanın paytaxtı Cakartada mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.

Rusiya prezidenti Vladimir Putinin iyulun 17-də müddəti başa çatacaq taxıl sazişi ilə bağlı açıqlamalarından danışan Blinken bunları deyib:

“Rusiyanın Ukraynaya təcavüzü təkcə ukraynalılara deyil, həm də region xalqlarına ziyan vurmaqda davam edir. Əgər Moskva taxıl müqaviləsini uzatmamaq təhdidini yerinə yetirsə, regionun inkişaf etməkdə olan ölkələri bunun əvəzini sözün əsl mənasında ödəyəcək, o cümlədən ərzaq qiymətləri və ərzaq qıtlığı artacaq”.

Blinken deyib ki, beynəlxalq ictimaiyyət Rusiyadan nəinki sazişi uzatmağı, həm də onun əhatə dairəsini daha da genişləndirməyi gözləyir.

QAZİLER.AZ

Diaspora