“Dodge Ram 2003” modellərindən istifadə etməyin - ABŞ-dan xəbərdarlıq

“Dodge Ram 2003” modellərindən istifadə etməyin - ABŞ-dan xəbərdarlıq backend

84 minə yaxın 2003-cü il “Dodge Ram” modellərində “Takata” təhlükəsizlik yastıqları hələ də dəyişdirilməyib. Çünki Yaponiya şirkətinə məxsus olan “Takata”  hava yastıqlarından ölüm halları davam edir.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bu yaxınlarda Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi daha bir ölümcül qəzanın baş verdiyini açıqlayıb.

“Takata” hava yastığı qalmaqalından təxminən 10 il keçməsinə baxmayaraq, hələ də dəyişdirilməyən bəzi avtomobillər var.

“Dodge Ram 2003” ailəsinə 2015-ci ildə Takata ilə bağlı xəbərdarlıq edilib. Ram 1500, 2500 və 3500 modellərinin salonundakı təhlükəsizlik yastıqları açılırdı ki, bu da yolda sərnişinlərə xəsarət yetirirdi.

Ümumilikdə 385 686 model geri çağırılsa da, ABŞ Yol Təhlükəsizliyi İdarəsi 84 000 modelin hələ də bu təhlükəli yastıqlardan istifadə etdiyini bildirib.

Qeyd edilib ki, ABŞ-da “Takata” hava yastıqları səbəbindən ölənlərin sayı 26-ya yüksəldiyi halda, dünya üzrə cəmi 35 ölümlə nəticələnən qəza baş verib.

QAZİLER.AZ

Diaspora