Çuvaşistan Respublikasının dörd rayonunda torpaq quraqlığına görə fövqəladə vəziyyət elan edilib.
Qaziler.az xəbər verir ki, bu barədə regionun rəhbəri Oleq Nikolayev “Telegram”da bildirib. Onun sözlərinə görə, iyun ayında torpaqda rütubət10 mm-dən az olub. Quraqlıqdan dəyən ziyan isə 211,2 milyon rubl dəyərində qiymətləndirilir.
“İyulun 14-dən torpaq quraqlığı ilə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalanıb. Vegetasiya dövründə (8, 18, 20 iyun) əkin üçün yararlı torpaq qatında məhsuldar nəmlik ehtiyatı 10 mm-dən az olmuşdur. Artıq Kanaşski, Kozlovski, Urmarski və Yantikovski rayonlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib. İlkin hesablamalara görə, 4,1 min hektar sahədə əkinlərə ziyan dəyib, dəymiş ziyanın məbləği 211,2 milyon rubldan çoxdur”, - Nikolayev yazıb.
O, rayon Kənd Təsərrüfatı Nazirliyinə quraqlıqdan dəyən ziyanı minimuma endirmək üçün plan tərtib etməyi tapşırıb.
QAZİLER.AZ