Şolts mətbuat konfransında İsveçi Ukrayna ilə səhv saldı - VİDEO

Şolts mətbuat konfransında İsveçi Ukrayna ilə səhv saldı - VİDEO backend

Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts NATO-ya daxil olmaqdan danışarkən İsveçi Ukrayna ilə səhv salıb.

Qaziler.az bildirir ki, iyulun 14-də Almaniya kansleri Olaf Şolts İsveçin gələcəkdə Şimali Atlantika Alyansına (NATO) daxil olub-olmayacağından danışarkən mətbuat konfransında çaşaraq Skandinaviya ölkəsini Ukrayna adlandırıb.

"Mən Ukraynanın NATO-ya daxil olmasını, yəni İsveçin NATO-ya daxil olmasını dəstəkləyirəm" deyərək o, dərhal səhvini düzəldərək Berlində keçirilən mətbuat konfransında sualı təbəssümlə cavablandırıb.

Kanslerin cavabından sonra zalda gülüş qopub.

QAZİLER.AZ

 

 

Diaspora