Adıgeydə Fişt-Oştenovski dağ silsiləsində əvvəllər yoxa çıxan 11 yaşlı qız tapılıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə iyulun 14-də respublika rəhbəri Murat Kumpilov məlumat verib.
"İtkin qız tapıldı! Sağ-salamatdır, vəziyyəti - qənaətbəxşdir. Artıq valideynlərinə təhvil verilib. Hadisənin uğurla başa çatmasına şadam”, - deyə o, Telegram-da yazıb.
O, uşağın xilas edilməsinə imkan yaradan koordinasiyalı tədbirlərə görə Fövqəladə Hallar Nazirliyinə və axtarışda iştirak edən bütün şəxslərə təşəkkür edib.
QAZİLER.AZ